Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır.
Məlumata əsasən, yüklərin 39,5 %-i neft yükləri olub.
9 ayda bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 2 600 nəfər və ya 13,5 % artaraq 21,9 min nəfər olub.
Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton yük daşıyıb. Yüklərin 3,6 %-i dəniz yolu ilə daşınıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər...