"20 Yanvar" dairəsində yenilik olacaq
"Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verilişində bildirib.
Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır.
"Aparılan təhlillərə, əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır", - deyə o bildirib.
Oxşar xəbərlər
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki,...