AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə görə, ölkədə inflyasiya göstəricisinin 2026-cı ilin yekununda 6,1 %, 2027-ci ilin sonunda isə 5,8 % olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.
T.Kazımov qeyd edib ki, əsas məqsəd qiymət sabitliyinin təmin olunmasıdır: "Təklif baxımından yuxarı istiqamətli risklər mövcud olsa da, hər iki göstərici müəyyən edilmiş dəhliz çərçivəsindədir. Başlıca vəzifə hədəfi dəyişmək yox, məzənnə stabilliyini əsas, banklararası dərəcələri isə daxili inflyasiya üzrə yardımçı lövbər olaraq saxlamaqla faiz dərəcəsi transmissiyasının təsirini artırmaq və daha da dərinləşdirməkdir".
Oxşar xəbərlər
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Qızılın qiyməti oktyabr ayının yekunlarına görə 7%-dən çox ucuzlaşıb. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri oktyabr ayı üçün ən pis göstəricidir. B...