Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?"
Məşhur müğənni Nigar Camal sosial şəbəkələrdə təhqiramiz ifadələr yazan, qarğış edən, böhtan atan istifadəçilərə etiraz edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında bununla bağlı paylaşım edib.
Sənətçi bunun yaxşı hal olmadığını vurğulayaraq həmin istifadəçiləri tənqid edib:
"Sosial şəbəkədə bu qədər çirkin şərhlər yazan, ağzına gələni danışan, qarğış edən, şər-böhtan atan insanlar, siz doğrudan da özünüzü yaxşı insan hesab edirsiniz? Elə bilirsiniz, Allah sizi bu qədər kinə, paxıllığa, nifrətə və ağzınızdan tökülən zəhərə görə sevəcək, üstəlik, mükafatlandıracaq da?
Kaş ki, daxilinizdəki kini, paxıllığı və nifrəti sevgiyə, mərhəmətə ehtiyacı olan insanlara kömək etmək istəyinə çevirəydiniz. Bəlkə onda bu dünyaya bir az da olsa xeyriniz dəyərdi!"
Oxşar xəbərlər
Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım
Xalq artisti Məleykə Əsədova bir neçə gün əvvəl vəfat edən bacısı qızı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında bacısı qızı...