Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt bulvarında fontanların və işıqlandırma sisteminin cari təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, təmir işlərini "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.
Layihə üzrə ehtimal olunan qiymət 178 min manat müəyyənləşdirilib.
Fontanların və işıqlandırma sisteminin təmiri Sumqayıt bulvarının ümumi görünüşünün yaxşılaşdırılması, ərazidə istirahət edən sakinlər və şəhərin qonaqları üçün daha rahat mühitin yaradılması baxımından əhəmiyyətlidir. İşlərin həyata keçirilməsi bulvarın cəlbediciliyinin artırılmasına və ictimai istirahət məkanının daha əlverişli vəziyyətdə saxlanılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Sabah Bakıda bu yoldan keçməyin
Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq. BAKU.WS xəbər verir ki,...