Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin 10 ABŞ dolları bahalaşması ölkənin cari əməliyyatlar balansının (CƏB) illik profisitini 1,2 milyard ABŞ dolları artırır, təbii qazın hər 1 000 kubmetrininin 50 ABŞ dolları artması isə təxminən 900 milyon ABŞ dolları artıma səbəb olur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın qeyri-enerji idxalımızın təxminən 80 %-i enerji idxal edən ölkələrin payına düşür: "Buna görə də neft qiymətlərinin 10 % artması ticarət tərəfdaşlarımızın inflyasiyasını təxminən 0,67 % artırır. Burada nominal effektiv məzənnə təzyiqin böyük hissəsini udur".
"Valyuta məzənnəsinin sabitliyi əsas nominal lövbərdir. Ticarətin dominant ötürmə kanalı olduğu yerdə sabit nominal məzənnə idxal olunan inflyasiyanın çox hissəsini neytrallaşdırır və gözləntilər 4±2% dəhlizi daxilində qalır. Eyni zamanda uçot dərəcəsi dəhlizi siyasət qərarlarının proqnozlaşdırıla bilən şəkildə ötürülməsini təmin edir. Üçüncü amil, bufer ehtiyatıdır; strateji valyuta ehtiyatlarımız bu ilin I yarısında 700 milyon ABŞ dolları artaraq iyun ayının sonunda 85,8 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 125 %-ni üstələyib, geniş pul kütləsinin isə təxminən 400 %-ni təşkil edib", - deyə T.Kazımov qeyd edib.
Oxşar xəbərlər
AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə görə, ölkədə inflyasiya göstəricisinin 2026-cı ilin yekununda 6,1 %, 2027-ci ilin sonunda isə 5,8 % olacağı g...