Azərbaycan investisiya xərclərini 2 dəfə artırır
Yeniliklərdən dərhal xəbərdar olun
2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 %-ni təşkil edəcək. Bu il üçün proqnoz 34,4 %-dir.
İnvestisiya xərclərinin 2028-ci ildə 5,5 milyard manat, 2029-cu ildə 5,6 milyard manat, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Qızılın qiyməti oktyabr ayının yekunlarına görə 7%-dən çox ucuzlaşıb. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri oktyabr ayı üçün ən pis göstəricidir. B...