Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi
17
okt
2026
10:36
Müğənni İlkin Dövlətov yeni layihəsini sevənlərinin ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, sənətçi "Səhra Çiçəyi" adlı yeni mahnısını və eyniadlı klipini təqdim edib.
Mahnının sözləri və musiqisi Rabil Səfərliyə məxsusdur.
Ekran işinin çəkilişləri isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aparılıb. Klipin rejissorluğu və montajı Sadiq Hajiyə həvalə olunub.
"Səhra Çiçəyi" bütün rəqəmsal musiqi platformalarında dinləyicilərin istifadəsinə verilib.
Oxşar xəbərlər
Əməkdar artist ilk dəfə nənə oldu
Əməkdar artist Elnarə Abdullayevanın ailəsində xoş gün yaşanıb. Sənətçi ilk dəfə nənə olub. BAKU.WS xəbər verir ki, xanəndənin qızı Xədicənin oğlu dünyaya gəli...