Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu ödəməlidir.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu Məhkəmə İcraçıları Federal Xidmətinin məlumatlarında əks olunub.
Bildirilir ki, boşanmadan sonra tərəflər aliment ödənişi ilə bağlı razılaşma imzalayıblar. Müqaviləyə əsasən, Rodriges hər ay iki oğlunun saxlanılması üçün 1,5 milyon rubl, keçmiş həyat yoldaşı üçün isə 500 min rubl ödəməli idi.
Lakin 2025-ci ildə şoumen məhkəməyə müraciət edərək alimentin məbləğinin azaldılmasını və keçmiş həyat yoldaşına ödənişlərin dayandırılmasını istəyib. O, uşaqlar üçün alimentin azaldılması ilə bağlı iddiasını uduzub.
Noyabrın 26-da isə Moskvanın Presnenski Rayon Məhkəməsi Rodrigesin keçmiş həyat yoldaşına olan borcdan azad edilməsi barədə tələbini rədd edib.
Qeyd edək ki, Timur Rodriges 2026-cı ilin yayında aktrisa Katya Kabakla ailə qurub.
Oxşar xəbərlər
Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən"
Xalq artisti Mənsum İbrahimov ailə dəyərləri, övlad tərbiyəsi və valideyn məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb. BAKU.WS "axşam.az"a istinadən xəbər verir k...