Gecə içki içən sürücülərə xəbərdarlıq - Səhəri cəzalana bilərsiniz
Yeniliklərdən dərhal xəbərdar olun
Spirtli içki qəbul edən şəxsin ertəsi gün avtomobil idarə etməsi hər zaman təhlükəsiz və qanuni hesab olunmur. Belə ki, içkidən saatlar keçsə də, sürücünün orqanizmində alkoqol aşkarlana və bu, məsuliyyətə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev İctimai TV-nin efirində danışıb.
O bildirib ki, belə hallar sürücülər yol hərəkəti qaydalarını pozduqda və müvafiq yoxlamadan keçirildikdə üzə çıxır:
"Bu kimi hallar sürücü qanun pozuntusu etdikdə aşkarlanır. Burada gecə yuxusu da vacibdir və spirtli içkinin nə zaman da qəbul olunması da vacibdir. Əgər həmin şəxs gecə saat 02:00-də spirtli içki içib səhər 08:00-də yola çıxırsa, onda, əlbbətə ki, alkoqol aşkarlanacaq.
Əgər həmin şəxs səhər saat 11:00-12:00-da sükan arxasında olursa və o ayaqda durmaqda çətinlik çəkirsə o zaman da o spirtli içkinin təsiri altında sayılır".
Oxşar xəbərlər
Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 30-dan dekabrın 2-dək...
Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...