Bakı-Sumqayıt yolunda daha bir YENİLİK

Bakı-Sumqayıt yolunda daha bir YENİLİK
VİDEO
Sosial 8

Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı üçün yeni plan həyata keçiriləcək.

BAKU.WS xəbər verir ki, paytaxtdan Sumqayıta və əks istiqamətdə ümumilikdə 40 kilometr uzunluğunda avtobus zolağının təşkili planlaşdırılır.

Avtobus sürücüləri isə yeni layihənin həyata keçirilməsinin həm onların işini asanlaşdıracağını, həm də sərnişinlərin mənzil başına vaxtında çatmasına imkan yaradacağını düşünürlər. Onların sözlərinə görə, xüsusilə pik saatlarda yollarda yaranan tıxaclar avtobusların hərəkətinə və sərnişinlərin vaxtında çatdırılmasına mane olur.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və vaxt itkisinə məruz qalamdan daşınması üçün paytaxtın 44 küçə və prospektində 117 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil olunub. Xüsusi hərəkət zolağı şəbəkəsinin genişləndirilməsi davamlı olaraq nəzərdən keçirilir.

Xəzər TV-nin mövzu ilə bağlı videomaterialını təqdim edirik:

Son xəbərlər