Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik"
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Mehriban Səfərova Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, artıq bir müddətdir həyətinin yaxınlığında yerləşən 4 saylı Uşaq Yaradıcılıq Mərkəzinin binasında baş verən uçqun nəticəsində o da ziyan çəkib.
Bununla bağlı Mərkəzin rəhbərliyinə və aidiyyəti qurumlara məlumat versə də, problem hələ də həllini tapmayıb.
"Martın 30-da yağışlardan sonra uçqun baş verdi. Uçqun hələ də davam edir. Bununla bağlı aidiyyəti qurumlara müraciət etsəm də, gəlib baxan yoxdur", - Mehriban Səfərova söyləyib.
İki övladı olan şikayətçi bildirir ki, təhlükəli vəziyyət səbəbindən uşaqlarını həyətdə oynamağa buraxa bilmir. Onun sözlərinə görə, təhlükə hələ də davam edir: "Uşaqları bayıra çıxara bilmirik. Yayda da heç çölə çıxmayıblar. Çox təhlükəli vəziyyətdir".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Maştağa qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən binası qəzalı vəziyyətdə olduğuna görə fəaliyyət göstərmir.
Qeyd edilib ki, təhsil müəssisələrinin və məktəbdənkənar təhsil müəssisələrinin təmir işlərinin prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sistemi üzrə neft nəqlinin həcmi 2026-cı ilin yekunlarına görə ötən ilin rekord göstəricisi ilə müqayisədə bir qədər azal...