Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək və döyüş şəraitində sınaqdan keçirilmiş Ukrayna hərbi texnologiyalarını Bundesverdə tətbiq etmək niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Əməkdaşlığın əsas istiqamətlərindən biri Ukraynanın "Delta" döyüş əməliyyatlarının idarəetmə sisteminin Almaniya Silahlı Qüvvələrində tətbiqi olacaq.
Almaniya bu sistemə çıxış əldə edən ilk xarici ölkə olacaq. Berlin "Delta"nı Bundesverin ehtiyaclarına uyğunlaşdıra və Kiyevlə birlikdə onun gələcək inkişafı üzərində işləyə biləcək.
Bununla belə, razılaşmalar Almaniya tərəfinə Ukrayna qoşunlarının əməliyyat məlumatlarına çıxış verilməsini nəzərdə tutmur.
Bundan əlavə, Almaniyanın müdafiə naziri Boris Pistoriusun daha əvvəl bildirdiyinə görə, ölkə ərazisində Ukrayna istehsalı olan kəşfiyyat dronlarının istehsalı təşkil ediləcək. Berlin müvafiq istehsal müəssisələrinin yaradılmasına təxminən 34 milyon avro ayıracaq.
Nazirin sözlərinə görə, Ukrayna ilə əməkdaşlığın genişləndirilməsi həm Almaniyanın, həm də bütövlükdə NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda naməlum silahlı şəxslər Molla Bəşir adı ilə tanınan din xadimi Bəşir Salahzehini...