İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyalı siyasətçi Mərakeşlə birgə dünya çempionatının keçirilməsini mümkünsüz hesab edir.
BAKU.WS xəbər verir ki, İspaniyanın sağçı Vox partiyasının lideri Santyaqo Abaskal 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının Mərakeşlə birgə təşkil edilməsinə qarşı çıxıb.
COPE-nin məlumatına görə, siyasətçi debat zamanı bildirib ki, Seuta şəhəri işğal altında olduğu müddətdə İspaniya Mərakeşlə birlikdə mundial keçirə bilməz.
Qeyd edək ki, iyulun sonunda İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtar şəhərinə kütləvi qeyri-qanuni miqrant axını qeydə alınıb. Mərakeş və digər ölkələrin minlərlə vətəndaşı quru sərhədini keçərək şəhərə daxil olub.
Xatırladaq ki, 2030-cu il futbol üzrə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.
Oxşar xəbərlər
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
İran ölkənin ən vacib iki nüvə mərkəzi arasında yerləşən İsfahan və Natanzda əvvəllər məlum olmayan ərazidə yeni obyekt inşa edir. BAKU.WS xəbər verir ki, bu ba...