Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar
FOTO
İdman 4

Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadda qalıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Deflimpiya Komitəsindən bildirilib.

Yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komanda ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Son xəbərlər