"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar

İnter və Yuventus Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar
İdman 2

İtaliyanın bir neçə aparıcı klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Lorenzo Mezzotero ilə maraqlanır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Montsa" hazırda "Sampdoriya"da çıxış edən 18 yaşlı hücumçunu izləyirlər.

Xatırladaq ki, bu il Azərbaycanın U-21 millisinə cəlb olunan Lorenzo Mezzotero "Sampdoriya"nın heyətində son 4 oyunda 4 qola imza atıb.

Son xəbərlər