"Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın yarımmüdafiəçisi Qavi öz xarakteri, karyerasında üzləşdiyi çətinliklər və bu mövsüm komanda ilə birlikdə qazanmaq istədiyi titullar barədə danışıb.
BAKU.WS xəbər verir ki, 22 yaşlı futbolçu özünə inamının yüksək olduğunu və karyerası ərzində qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyi bacardığını bildirib.
"Bəlkə də bu sözlərim bir qədər təvazökarlıqdan uzaq səslənə bilər, amma düşünürəm ki, mənim düşüncə tərzim unikaldır. Özümə çox güvənirəm. Karyeram ərzində kifayət qədər çətin dövrlər və müxtəlif problemlərlə üzləşmişəm. Lakin hər dəfə bu vəziyyətlərdən qalib ayrılmağı bacarmışam.
Özümü komanda oyunçusu hesab edirəm və istəyirəm ki, ilin sonunda birlikdə titullar qazanaq", – deyə Qavi "Movistar+" telekanalına açıqlamasında söyləyib.
Qeyd edək ki, Qavi "Barselona" klubunun yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2021-ci ilin iyulundan etibarən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Oxşar xəbərlər
"Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib
İspaniyanın "Barselona" klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. BAKU.WS xə...