"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda ölüb.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçda rəqibin itirəcəyi heç nə olmadığını b...