Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.
Oxşar xəbərlər
Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər
Saxta pasportla Azərbaycana gələn İran vətəndaşları olan ər-arvad həbs ediliblər. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Aer...