Futbolçu karyerasını başa vurub, heyvandarlıqla məşğul olmağa başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət Türkiyənin "Trabzonspor" klubunda çıxış edən sabiq futbolçu Oskar Kardoso karyerasını başa vurduqdan sonra biznes fəaliyyətinə başlayıb.
BAKU.WS xəbər verir ki, 43 yaşlı paraqvaylı keçmiş hücumçu ölkəsində əvvəlcə ət restoranı açıb, daha sonra isə fermerliyə çoxlu investisiya yatırıb.
Kardoso hazırda restoran biznesi və heyvandarlıqla məşğul olur.
Qeyd edək ki, futbolçu peşəkar karyerası ərzində ümumilikdə 780 oyunda meydana çıxıb, 260 qol vurub və 84 məhsuldar ötürmə edib. "Trabzonspor"un formasını geyindiyi dövrdə isə 66 matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Əhalinin NƏZƏRİNƏ - Səhər saat 4-dən başlayıb
Yer kürəsində noyabr ayının əvvəlindən bəri ikinci maqnit qasırğası qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqat...