Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından sonra yeddi nəfər itkin düşüb. Onların arasında üç uşaq da var.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirirlər. Hadisə zamanı binanın digər sakinləri təxliyə olunublar.
Nazir qeyd edib ki, partlayış nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə, hadisəyə mənzillərdən birində qaz sızması səbəb olub.
Oxşar xəbərlər
Tramp, Putin və Si Cinpin sülh bəyannaməsi qəbul ediblər
Tramp, Putin və Si Cinpin üçtərəfli görüşün yekununda sülh bəyannaməsi qəbul ediblər. BAKU.WS xəbər verir ki, sənəd Şençjendə keçirilən üçtərəfli görüşün nəticə...