Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik

Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik
Dünya 12

Ukraynadakı münaqişə məsələsinin həlli üzrə müəyyən proseslər artıq baş verir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp APEC sammitində Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib.

"Bu gün Prezident Putinlə uzun sürən söhbətimiz oldu. Biz uzun müddət danışdıq və demək olar ki, bütün müzakirə məhz bu məsələyə həsr olunmuşdu", - Tramp bildirib.

Onun sözlərinə görə, artıq müəyyən proseslər baş verir.

"Hesab edirəm ki, o (Vladimir Putin, - red.) da mənim kimi bu münaqişənin başa çatmasını istəyir. Ümid edirəm ki, digər tərəf də münaqişənin dayandırılmasında maraqlıdır", - Tramp qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər