Si Cinpin və Tramp Şençjendə görüşüblər
Yeniliklərdən dərhal xəbərdar olun
Si Cinpin və Tramp Şençjendə görüşüblər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində bir araya gəliblər.
Görüş zamanı Tramp ABŞ və Çin arasındakı münasibətlərin ədalətli xarakter aldığını və Vaşinqtonun məhz buna nail olmağa çalışdığını bildirib.
Bu, iki ölkə liderlərinin 2026-cı ildə üçüncü görüşüdür. Onlar may ayında Pekində, sentyabrda isə Si Cinpinin ABŞ-yə dövlət səfəri çərçivəsində Vaşinqtonda danışıqlar aparıblar.
Qeyd edək ki, Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Təxminən 40 dəqiqə davam edən görüşdə ABŞ lideri Putini dostu adlandırıb və onu görməkdən məmnun olduğunu bildirib.
Oxşar xəbərlər
Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib
ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə günü Venesuelaya səfər edib və ölkənin müvəqqəti rəhbərliyinin nümayəndələri ilə görüşüb. BAKU.WS "Report"a istinadə...