Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Uzunömürlülük üzrə mütəxəssis, həkim Manuel de la Penya 100 yaşdan çox yaşayan insanları birləşdirən əsas xüsusiyyəti açıqlayıb. Onun sözlərinə görə, uzun ömrün sirlərindən biri pozitiv düşüncə və həyata müsbət yanaşmadır.
BAKU.WS xəbər verir ki, mütəxəssis bu barədə ABC nəşrinə müsahibəsində danışıb.
De la Penyanın sözlərinə görə, o, yaşı 100-ü və hətta 110-ü keçən 350 nəfəri araşdırıb. Müşahidələri zamanı həmin insanların heç birinin özünü mənfi düşüncələrlə yormadığını və gün ərzində keçmiş səhvləri barədə düşünərək vaxt keçirmədiyini bildirib.
Həkim qeyd edib ki, uzunömürlü insanlar keçmişdə baş verənlərə ilişib qalmır, daha çox indiki anı yaşamağa üstünlük verirlər.
Mütəxəssis hesab edir ki, bir sıra xəstəliklərin müalicəsində insanlara müsbət düşünməyi və həyata daha xoş münasibət bəsləməyi öyrətmək də vacibdir. Onun fikrincə, günahkarlıq hissi və digər mənfi emosiyalar orqanizmdə degenerativ proseslərə meyilliliyi artıra bilər.
Oxşar xəbərlər
Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi
Nigeriyada yol qəzası nəticəsində öldüyü bildirilən motosikletçi meyitxanada gözlənilmədən ayılıb. Kişinin özünə gəldikdən sonra ilk istəyinin siqaret və alışqa...