Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriyada yol qəzası nəticəsində öldüyü bildirilən motosikletçi meyitxanada gözlənilmədən ayılıb. Kişinin özünə gəldikdən sonra ilk istəyinin siqaret və alışqan olması ətrafdakıları heyrətə gətirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Pulse.ng" nəşri məlumat yayıb.
Adı açıqlanmayan kişi motosikletlə hərəkət edərkən qəzaya düşüb. Hadisədən sonra onun öldüyü güman edilib və meyiti meyitxanaya aparılıb.
Lakin bir neçə saat sonra kişi qəfil özünə gəlib və ayağa qalxıb. Şahidlərin sözlərinə görə, o, ayıldıqdan sonra ətrafdakılardan siqaret və alışqan istəyib.
Baş verənlər ətrafdakıları şoka salıb. Hadisə şahidlərindən biri kişiyə yaşadığı hadisədən sonra mütləq tibbi müayinədən keçməyi tövsiyə edib.
Kişinin kimliyi və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.
Shocking video of man declared dead after a road accident waking up inside a mortuary, leaving people in total shock. https://t.co/xbVs4vpZ7N
— Nigeria Stories (@NigeriaStories) November 14, 2026
Oxşar xəbərlər
Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub
Rumıniyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bolqarıstan, Serbiya, Moldova və Ukrayna ilə yanaşı, Türkiyənin İstanbul şəhərinin bəzi ərazil...