Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bolqarıstan, Serbiya, Moldova və Ukrayna ilə yanaşı, Türkiyənin İstanbul şəhərinin bəzi ərazilərində də hiss edilib.
BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ noyabrın 18-də yerli vaxtla saat 02:48-də baş verib.
Zəlzələnin episentri Rumıniyanın Vrancea bölgəsində, Nereju Mik kəndindən təxminən 16 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələ ilə bağlı 14 mindən çox məlumat alıb. Hadisə şahidləri Rumıniyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Buxarestdə təkanların hiss olunduğunu bildiriblər.
Məlumata görə, Vransea seysmik bölgəsi tarixən güclü zəlzələlərin baş verdiyi ərazilərdən biridir. Burada 1940 və 1977-ci illərdə dağıdıcı zəlzələlər qeydə alınıb. 1977-ci il zəlzələsi nəticəsində Rumıniyada, əsasən Buxarestdə olmaqla, 1500-dən çox insan həyatını itirib.
Oxşar xəbərlər
Putin və Si Cinpin görüşüb
Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin danışıqları iki saatdan çox davam edib. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.