Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var

Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var
Video
Dünya 14

Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb.

BAKU.WS xəbər verir ki, təyyarə vilayətin Yaqunovo kəndi yaxınlığında yerə düşüb.

"SHOT" teleqram kanalının yaydığı məlumata görə, qəzanın səbəbi təyyarənin mühərriklərindən birində baş verən yanğın olub. Belə ki, mühərriklərdən biri uçuş zamanı qəfil alışıb. Bundan sonra təyyarə kəskin şəkildə aşağı istiqamətə hərəkət edərək yerə çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və digər operativ xidmətlərin qüvvələri cəlb olunub. Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk da qəza yerinə yollanıb.

İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində 13 nəfər olub. Onlardan üçünün həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi qurumların yekun məlumatı hələ açıqlanmayıb. Qəzanın digər təfərrüatları və xəsarət alanların vəziyyəti dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər