Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərədə yaşayan 58 yaşlı qadın metal detektoru ilə axtarış apararkən orta əsrlərə aid olduğu ehtimal edilən qızıl xaç aşkarlayıb. Tapıntının dəyərinin 20 min funt sterlinqdən çox ola biləcəyi bildirilir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Şelli Kuzins avqust ayında Kent qraflığının Şeppi adasında bir qrup həvəskarla birlikdə fermerə məxsus tarlada axtarış aparıb.
Təxminən beş saat ərzində dəyərli heç nə tapmayan qadının metal detektoru günorta saatlarında siqnal verib. Torpağın təxminən 30 santimetr dərinliyində gizlənmiş qızıl xaç məhz bundan sonra üzə çıxıb.
İlk vaxtlar tapıntının saxta bəzək əşyası olduğunu düşünən Şelli sonradan onun həqiqi qızıl olduğunu öyrənib. Çəkisi 10,6 qram olan xaç qanunvericiliyə əsasən tarixi xəzinə kimi qeydə alınıb və müvafiq quruma təhvil verilib.
Mütəxəssislər tapıntının orta əsrlərə aid qızıl xaç olduğunu müəyyənləşdiriblər.
Maraqlı məqamlardan biri də xaçın açılan konstruksiyaya malik olmasıdır. Belə əşyaların içərisində adətən dini əhəmiyyət daşıyan kiçik əmanət saxlanılırmış. Lakin qadın tarixi əşyaya zərər verməmək üçün onu açmayıb.
Hazırda tapıntı Britaniya Muzeyində ekspertizadan keçirilir. Muzey onu öz kolleksiyasına daxil etmək istəsə, xaça qiymət müəyyənləşdiriləcək və əldə olunan məbləğ qadınla torpaq sahibi arasında bərabər bölünəcək.
Qalereya
Oxşar xəbərlər
Roma Papası gözünə təsbeh atılan şəxsi bağışladığını zarafatla bildirib
Roma Papası XIV Leo Perunun paytaxtı Limada keçirilən dini mərasim zamanı ona təsbeh atan şəxsi bağışladığını zarafatla söyləyib. Pontifik hadisəni həmin şəxsin...