22 yaşlı futbolçu matç zamanı həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada 22 yaşlı futbolçu Valter Arqanyaras futbol matçı zamanı qəfil vəfat edib. Həkimlərin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Hadisə noyabrın 7-də Argentinanın Tukuman əyalətinin Lomas-de-Tafi şəhərində baş verib. Yerli Asenta FK komandasının heyətində həvəskar futbol matçında iştirak edən 22 yaşlı Valter Arqanyaras əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasına yollanıb.
Lakin bir qədər sonra futbolçunun qəfil halı pisləşib. O, meydanın kənarında huşunu itirərək yerə yıxılıb.
Hadisədən sonra oyun dərhal dayandırılıb və gənc futbolçu xəstəxanaya çatdırılıb. Həkimlər onun infarkt keçirdiyini müəyyən etsələr də, həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, hadisənin dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi
Cənubi Koreyada vergi mühasibi olmaq üçün keçirilən milli imtahanda birinci yeri tutan namizəd süni intellektdən istifadə edərək köçürdüyünü etiraf edib. BAKU.W...