Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya kansleri Fridrix Mertsin pilot lisenziyası dayandırıldığından, artıq o, təyyarəni müstəqil idarə edə bilmir. Şəxsi "Diamond DA62" təyyarəsini isə satıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, F.Mertsin uçmağa son verməsi Xristian-Demokrat İttifaqı Partiyasının qurultayına səfərindən sonra müəyyənləşib. Kansler təyyarənin kabinəsində göründüyündən, bəzi jurnalistlər nəqliyyat vasitəsini onun özünün idarə etdiyini düşünüblər.
Lakin "Bild"in məlumatına görə, Merts sadəcə sərnişin qismində olub. Təyyarə çarter şirkətinə məxsus olub, idarəetməsinə isə peşəkar pilot cavabdehlik daşıyıb.
Qeyd edək ki, Almaniya kansleri şəxsi pilot lisenziyasını 2009-cu ildə alıb. Daha sonra o, ikimühərrikli "Diamond DA62" təyyarəsi əldə edib.
Oxşar xəbərlər
Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir
Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94–99,98 faiz...