Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
Yeniliklərdən dərhal xəbərdar olun
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirildiyi iş üzrə bu gün Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.
Belə ki, Röyal Masiyev üzrlü səbəb olmadan ardıcıl olaraq bir neçə dəfə məhkəmə iclasına gəlmədiyindən xüsusi ittiham qaydasında aparılan cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, tanınmış influenserlər Fidan Rzayeva (Fidan Zeyn), Əfsanə Qasımova (Azerina), eləcə də daha bir şəxs Könül Həmzəyevadan şikayətçidirlər.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış digər cinayət işi üzrə isə hazırda Xətai Rayon Polis İdarəsində istintaq davam etdirilir.
Oxşar xəbərlər
Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib?
"Azenco" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 3 milyon 700 min manat mənimsəməkdə ittiham olunan keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. BAK...