Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.
BAKU.WS xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.
Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.
Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.
Hər iki görüş noyabrın 18-də baş tutacaq.
Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.
Oxşar xəbərlər
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun 16 yaşlı oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 yığmasının heyətində debüt edib. BAKU.WS xarici mətbuata...