Romelu Lukaku Belçika millisində karyerasını başa vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı çıxışını dayandırmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşdığı vida məktubunda məlumat verib.
Lukaku milli komandada keçirdiyi 16 ili xatırladaraq bu müddət ərzində çoxsaylı emosiyalar yaşadığını və komanda yoldaşları ilə birlikdə unudulmaz anlar keçirdiyini bildirib.
O, çıxışında karyerası ərzində ona dəstək olan futbolçulara və məşqçilərə təşəkkür edib:
"16 il. Bu müddət ərzində milli komanda üçün əlimdən gələn hər şeyi etdim. Deyərdim ki, mümkün olan bütün emosiyaları yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşları ilə birlikdə oynamaq şansım oldu. Onların hər birinə təşəkkür edirəm.
Mənə inanan, inkişaf etməyimə kömək edən və komandaya fayda verməyim üçün imkan yaradan bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.
Komandamıza göstərdikləri dəstəyə görə belçikalı azarkeşlərə təşəkkür edirəm. Ölkəmi dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram.
Bu anları heç vaxt unutmayacağam. Milli komandadakı çıxışımı başa vurmaq qərarına gəlmişəm və bu qərarı rahatlıqla verirəm. Hər şey möhtəşəm idi. Yaşadıqlarım üçün minnətdaram. Təşəkkür edirəm".
Qeyd edək ki, Romelu Lukaku Belçika millisinin son 16 ildə əsas hücumçularından biri olub.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq
UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun növbəti oyunları bu gün keçiriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, A, B, C və D liqalarında ümu...