HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin oktyabr ayında HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerə yüksəlib. Üçüncü tərəf bazar araşdırmalarının məlumatlarına əsasən, şirkət ay ərzində 2,573 milyon ədəd smartfon sataraq bazarın 12,04%-lik payını əldə edib.
Bu uğurun əldə olunmasında yeni HONOR Magic9 seriyası mühüm rol oynayıb. Qabaqcıl görüntüləmə texnologiyaları sayəsində seriyanın satışları 500 min ədədi keçib.
HONOR Magic9 seriyasının çox yaxın zamanda qlobal bazarda təqdim olunacağını nəzərə alaraq, bu xəbərin sizin üçün də maraqlı ola biləcəyini düşündüm. Seriyanın Çin bazarındakı yüksək satış göstəriciləri məhsulların rəqabət qabiliyyətinin güclü göstəricisidir.
HONOR-un ARRI ilə kinematoqrafik görüntüləmə sahəsində strateji tərəfdaşlığı əsasında hazırlanan HONOR Magic9 Pro Max modeli çəkiliş imkanlarını yeni səviyyəyə qaldırmağı hədəfləyir. Model ARRI ilə birgə işlənib hazırlanmış, çəkilişdən son emal mərhələsinə qədər bütün prosesi əhatə edən inteqrasiya olunmuş kinematoqrafik iş axını vasitəsilə mobil kinematoqrafiya təcrübəsini yenidən formalaşdırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ
Laçın rayonunun Güləbird kəndində yeni məktəb binası və uşaq bağçasının tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 432 şagird yerlik üçmərtəbəli məktəb bina...