Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ
Sosial 10

Laçın rayonunun Güləbird kəndində yeni məktəb binası və uşaq bağçasının tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 432 şagird yerlik üçmərtəbəli məktəb binası və 80 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa ediləcək.

BAKU.WS-in məlumatına görə, tikinti işlərini Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu həyata keçirəcək.

Layihənin ehtimal olunan qiyməti 8 milyon 925 min manat təşkil edir.

Qeyd edək ki, yeni məktəbin istifadəyə verilməsi şagirdlərin daha müasir və əlverişli şəraitdə təhsil almasına, 80 yerlik bağçanın yaradılması isə məktəbəqədər yaşlı uşaqların erkən inkişaf və təhsil xidmətlərindən yararlanmasına imkan verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər