Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib
Foto
Hadisə 0

Ağcabədi rayonunda qəbiristanlıqdan oğurluq edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd məzarlığında qeydə alınıb.

Belə ki, yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının yoxa çıxdığını görüblər.

Sakinlərin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər