Bakının mərkəzində səki çöküb - İcradan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda, Neftçilər prospektində səkidə çökmə qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yol kənarında səki daşları çöküb və aşağıda iri boşluq yaranıb. Bu da həmin yoldan istifadə edən piyadaların həyatına ciddi risk sayılır.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, sözügedən ünvanda səki örtüyünün bir hissəsinin çökməsi ilə bağlı yayılmış görüntülər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb.
"Məsələnin operativ şəkildə aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanmışdır", - deyə məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən he...