Xaçmazda evdə yanğın olub, 90 yaşlı qadının meyiti aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda evdə baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.11.2026 - 15.11.2026)...