Maliyyə naziri: "Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq"

Maliyyə naziri: Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq
Sosial 4

"Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1.4 milyard manat ayrılacaq. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 259 milyon və ya 23 faiz çoxdur".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, aqrar sektora ayırmalar aqrar ümumi daxili məhsulun (ÜDM) 15.8 faizinə çatacaq:

"2027-ci ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 5.3 milyard manat nəzərdə tutulub. Yeni borclanma siyasətinə uyğun olaraq gələn il dövlət borcuna xidmətlə bağlı xərclər üçün 2.2 milyard manat vəsait sərf ediləcək ki, bu da cari illə müqayisədə 257.6 milyon manat və ya 10.5 faiz azdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər