Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.
Dəyişikliyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Oxşar xəbərlər
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. BAKU.WS President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barəd...