ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.
Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.
Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.
Qalereya
Oxşar xəbərlər
Dünyanı yeni qrip pandemiyası gözləyə bilər? - Tanınmış professor danışdı
Koronavirus pandemiyasından əvvəl də dünyada yeni qrip pandemiyasının baş verməsi ehtimalı elmi dairələrdə müzakirə olunurdu. Qrip virusunun mütəmadi olaraq dəy...