Hörmüz boğazında daha iki neft tankeri minaya düşərək partlayıb

Hörmüz boğazında daha iki neft tankeri minaya düşərək partlayıb
Dünya 0

Hörmüz boğazında ABŞ hərbçilərinin istiqamətləndirməsi və döyüş təyyarələrinin müşayiəti ilə cənub marşrutundan istifadə etməyə çalışan iki neft tankerinin dəniz minasına düşərək partladığı iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Açıqlamada bildirilib ki, tankerlərin minaya düşməsindən sonra baş verən güclü partlayışlar Hörmüz boğazını saatlarla işıqlandırıb. Hadisənin əvvəlki gün partlayan iki tankerin yaxınlığında baş verdiyi qeyd olunub.

İran tərəfinin iddiasına görə, hadisələr nəticəsində boğazda alovlanaraq batan tankerlərin sayı altıya çatıb. Partlayışlar nəticəsində yaranan çirklənmənin boğazın sahil ərazilərinə yayıldığı da bildirilib.

SEPAH tankerlərin hədəfə alınmasını ABŞ-ın dəniz blokadasına və Hörmüz boğazında İranın müəyyən etdiyi qaydaların pozulmasına cavab tədbiri kimi qiymətləndirib.

Açıqlamada neft şirkətlərinə xəbərdarlıq edilərək, boğazın cənub marşrutunun dəniz minaları ilə döşəndiyi iddia olunub. ABŞ hərbçilərinin açıqlamalarına əsaslanaraq həmin marşrutdan istifadə edən şirkətlərin gəmilərinin təhlükə ilə üzləşə biləcəyi vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər