Meksika narkokartelinin qurucusu 80 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikada Qvadalaxara kartelinin qurucusu Migel Anxel Feliks Qalyardo 80 yaşında çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə onun saxlanıldığı Xalisko ştatının Təhlükəsizlik Katibliyi məlumat yayıb.
1989-cu ildən həbsdə olan Qalyardo 40 illik cəzasını çəkirdi. O, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agenti Enrike Kamarena Salazarın 1985-ci ildə qətlə yetirilməsi ilə bağlı məhkum edilmişdi.
Qeyd edək ki, Qalyardo 1980-ci illərdə Meksikadan ABŞ-a narkotik daşınmasını vahid şəbəkədə birləşdirən ən güclü cinayətkar qruplaşmalardan birini qurmuşdu.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməyi planlaşdırır. Yeni məhdudiyyətlərin təxminən 140 fiziki və hüquqi şəxsi əhatə edəcəyi, onları...