Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında paylaşım edib.
Pleased to have fruitful meeting with Ambassador Kevin Hamilton (@KHamiltonNATO), NATO’s Special Representative for the Caucasus and Central Asia. We had a constructive exchange on the current state and future prospects of the #Azerbaijan–#NATO partnership, including the need to develop new models of cooperation. We also discussed Azerbaijan’s role as an active and reliable partner of NATO, highlighting its strong military capabilities and strategic geographical location, as well as its contribution to regional connectivity and the #EnergySecurity of #Europe.
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 16, 2026
"NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla səmərəli görüşdən məmnunluq duyuram.
Biz Azərbaycan və NATO arasında tərəfdaşlığın hazırkı vəziyyəti və perspektivləri, o cümlədən yeni əməkdaşlıq modellərinin hazırlanması zərurəti barədə konstruktiv fikir mübadiləsi apardıq.
Həmçinin Azərbaycanın fəal və etibarlı NATO tərəfdaşı kimi rolunu müzakirə etdik, onun əhəmiyyətli hərbi potensialını və strateji cəhətdən vacib coğrafi mövqeyini, eləcə də regional əlaqələrin inkişafına və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni qeyd etdik", - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman
Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməs...