Brilliant Dadaşova: "18 yaşında atamın evini təmir etdirmişəm"

Brilliant Dadaşova: 18 yaşında atamın evini təmir etdirmişəm
Video
Şou-biznes 23

"On səkkiz yaşında atamın evini təmir etdirmişəm. Çünki anamızı itirmişdik və atam anamın vəfatından sonra məyus olub bir daha evlənməmişdi".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Çərçivədən kənar" verilişinə qonaq olarkən deyib.

Sənətçi gənclik illərində ailəsinə hər zaman maddi dəstək olduğunu ifadə edib:

"Bir gün gördüm ki, atam eyvanda kədərli halda oturub. Biz dörd bacı lotereya oynamışdıq və toylara gedirdik. Mən evin ən kiçiyi idim. Lotereyadan udduğumuz pulu ilk olaraq mənə vermişdilər. Həmin vaxt Sovet hökumətinin dövrü idi və o dövrdə məbləğ 10 min rubl idi. Həmin pulu götürüb atamın yanına gəldim və dedim ki, "Ata istəyirsənsə, bu pulla evimizi təmir etdirək". Beləliklə, 18 yaşında atamın evini təmir etdirmək qərarına gəldim".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər