Doğulanda öldüyü deyilən övladından 42 il sonra məktub aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada qəribə olay yaşanıb. Ana öldü bildiyi övladından 42 il sonra məktub alıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, 63 yaşlı baytar həkim Dayan Şihenə məktub gəlib. Bu onun 42 il əvvəl xəstəxana işçilərinin "öldüyünü" söylədiyi oğlundan gəlib.
Dayan 1950-ci illərdə Yeni Zelandiyada mühafizəkar katolik ailəsində böyüyüb. O Kanadada tanış olduğu oğlandan hamilə qalıb.
Daha sonra Avstraliyaya köçən gənc qız, ətrafdakıların təzyiqi, sosial mühit və qorxuları səbəbindən hamiləliyini gizlədir.
Doğuş zamanı isə övladının cinsiyyətini belə deyilmədən uşağın öldüyü bildirilib. Dayan bu travmanı illərlə ailəsindən belə gizlədərək özünü tamamilə işə və təhsilə həsr edir.
Sonradan məlum olub ki, Dayan 1950-1970-ci illərdə Avstraliyada Katolik Kilsəsi və dövlət qurumlarının tətbiq etdiyi məcburi övladlığaötürmə siyasətinin minlərlə qurbanından biri olub.
Hökumət 2013-cü ildə bu qəddar sistemə görə rəsmi olaraq üzr istəyib.
Oğlunun göndərdiyi məktubda həmçinin artıq nənə olduğu da qeyd edilib. Eyni qıvrım saçlara sahib nəvəsinin fotoşəkilini görən ana dərhal övladını tanıyıb.
Sidneyə gedərək oğlu və nəvələri ilə görüşən Dayan, oğlunu övladlığa götürən ailənin də aldadıldığını öyrəndi.
Oxşar xəbərlər
Papaya təsbeh atdılar - ANBAAN GÖRÜNTÜ
Peruda Papa XIV Leonun başına iş gəlib. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, o ictimaiyyəti salamlayan zaman ona təsbeh atılıb. Hadisə Limadakı La...