Kral III Çarlzdan kumpir açıqlaması: "Onu yesəm sağ qala bilmərəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Kralı III Çarlzın səmimi açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, monarx kumpirin sevimli inqrediyenti olduğunu açıqlayıb.
Belə ki, o ölkənin şimal-qərbindəki Lankaşir bölgəsinin Preston şəhərinə səfəri zamanı sosial şəbəkə fenomenləri olan iki qardaşın kumpir köşkünə baş çəkib. Kral onlarla həm səmimi söhbət edib, həm də ən sevdiyi kumpir çeşidini açıqlayıb.
III Çarlz onları "Sabahınız xeyir" deyərək salamlayıb və bu məkan haqqında çox eşitdiyini bildirib.
Kumpiri sevib-sevmədiyi ilə bağlı suala o "Əlbəttə, sevirəm" cavabını verib. Ən sevdiyi kumpir inqrediyentləri soruşulduqda isə monarx hamısını bəyəndiyini, lakin favorisinin pendir və lobya olduğunu qeyd edib.
Nelson qardaşlarının nahar üçün kumpir təklifini zarafatla geri çevirən Kral III Çarlz, "Onu yesəm, sağ qalmaram, elə yerimdə yuxuya gedərəm" deyə bildirib.
Qeyd edək ki, 31 yaşlı Ceykob və 24 yaşlı Harli Nelson qardaşlarının "TikTok"da 4 milyondan, İnstaqramda isə 1 milyondan çox izləyicisi var.
Oxşar xəbərlər
İnternet provayderlərinə yeni tələblər: Şirkətlərdən əlavə sənədlər istəniləcək
"İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nda dəyişiklik edilib İnternet xidmətlərinin keyfiyyəti...