"Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə 12 ailə - 45 nəfər, Cəbrayılın Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə - 74 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb
Lənkəran rayonunun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məl...