Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir

Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir
Foto Video
Sosial 28

Bakıda piyadaların, xüsusilə azyaşlı uşağı olan valideynlərin və əlilliyi olan şəxslərin şəhərdə hərəkəti zamanı ciddi çətinliklər yaranır.

BAKU.WS xəbər verir ki, bu barədə vətəndaş Ədilə Dadaşova redaksiyanın "qaynar xətti"nə müraciətində bildirib.

Vətəndaş övladı ilə uşaq arabasında şəhərdə gəzərkən qarşılaşdığı problemləri əks etdirən video və fotoları redaksiyaya göndərib.

Onun sözlərinə görə, paytaxtın bir sıra ərazilərində səkilərin dağılmış vəziyyətdə olması, pandusların yararsızlığı və eskalatorların işləməməsi gündəlik hərəkəti çətinləşdirir.

Bu maneələr yalnız uşaq arabası ilə hərəkət edən valideynlər üçün deyil, əlil arabasından istifadə edən şəxslər və digər piyadalar üçün də ciddi problemlər yaradır.

Ədilə Dadaşova hesab edir ki, şəhər infrastrukturunun hər kəs üçün əlçatan olması məsələsinə daha çox diqqət yetirilməlidir.

Qeyd edək ki, 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib. Vətəndaş bu ilin şəhər mühitinin daha təhlükəsiz və əlçatan olması, xüsusilə piyada infrastrukturundakı problemlərin aradan qaldırılması baxımından fürsətə çevrilməsinin vacibliyini vurğulayıb.

Göndərilən foto və videoların Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində, Bülbül prospekti istiqamətində çəkildiyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər