Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, rayonun məişət tullantıları poliqonunda aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi və yanğınla nəticələnən sızmanın baş verməsi ilə əlaqədar 16.11.2026-cı ildə saat 23:45 radələrindən etibarən Lənkəran rayonunun Girdəni, Göyşaban, Ürgə kəndlərinin və Liman şəhərinin N.Ağayev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
"Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Xocavən...